"Qarabağ"dan getdi - Hava limanında görüntülənib

"Qarabağ"dan getdi - Hava limanında görüntülənib

Hazırda oxunan: "Qarabağ"dan getdi - Hava limanında görüntülənib
631277
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Qarabağ"ın futbolçusu Abdullah Zubir uzun illərdən sonra Ağdam klubundan ayrılıb. Fransalı yarımmüdafiəçi bu gün Azərbaycanı tərk edib. Zubir karyerasını Qətərdə davam etdirəcək.

Bizim.Media sportal.az-a istinadla bildirir ki, 34 yaşlı futbolçu 2018-ci ildə Fransanın "Lans" klubundan "Qarabağ"a transfer olunmuşdu. O, ötən illər ərzində Ağdam təmsilçisinin əsas aparıcı futbolçularından birinə çevrilib və komandanın kapitanı idi.
 

Əldə etdiyimiz məlumata görə, fransalı futbolçu bir neçə dəqiqə əvvəl Heydər Əliyev adına beynəlxalq hava limanından paytaxtı tərk edərək, Qətərə uçub. Təcrübəli futbolçu bundan sonra Qətərin "Əl-Şahaniya" klubunda çıxış edəcəyi gözlənilir.


Tərəflər arasında müqavilə ilə bağlı razılığın əldə olunduğu daha əvvəl də bildirilmişdi. Beləliklə, Abdullah Zubirin "Qarabağ"dakı uzunmüddətli macərası başa çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO