"Sabah" pley-offa keçmək ilə nə qədər qazanc əldə edib?

"Sabah" pley-offa keçmək ilə nə qədər qazanc əldə edib?

Hazırda oxunan: "Sabah" pley-offa keçmək ilə nə qədər qazanc əldə edib?

630696

UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn "Sabah" artıq Avropa turnirlərində 9 milyon avroya yaxın gəlir əldə etməyi təmin edib.

Bizim.Media Haqqın.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu pley-off mərhələsində İsrailin "Hapoel" klubuna məğlub olsa və UEFA Avropa Liqasının əsas mərhələsində heç bir xal qazanmasa belə, ümumilikdə ən azı 8.97 milyon avro əldə edəcək.

Çempionlar Liqasının pley-off mərhələsində mübarizəni dayandıran klubların hər birinə 4.29 milyon avro ödənilir.

Bu komandalar Avropa Liqasının əsas mərhələsinə vəsiqə qazandığı üçün əlavə olaraq 4.31 milyon avro əldə edirlər. Əsas mərhələdə 8 oyunun hamısını uduzaraq sonuncu, 36-cı yeri tutan klub üçün isə 75 min avro nəzərdə tutulur.

Bundan başqa, klublara reytinq əmsalı və Avropada, eləcə də Avropadan kənarda yayım bazarı ilə bağlı ödənişlər də edilir. "Sabah"ın bu istiqamətlər üzrə ən azı 307 min avro qazanacağı gözlənilir.

Beləliklə, Bakı təmsilçisinin hazırda təmin etdiyi minimum gəlir 8.97 milyon avrodur.

"Sabah" pley-off mərhələsində "Hapoel" səddini də keçəcəyi təqdirdə, qazancı kəskin şəkildə artacaq. Bu halda Azərbaycan çempionunun minimum gəliri 20.17 milyon avro təşkil edəcək.

Komanda Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazandığı üçün 18.62 milyon avro əldə edəcək. Əsas mərhələdə bütün oyunları uduzaraq 36-cı yeri tutacağı halda daha 275 min avro, reytinq və yayım bazarı ilə bağlı ödənişlərdən isə ən azı daha 1.28 milyon avro qazanacaq.

Beləliklə, "Orhus" üzərində qələbə "Sabah"a minimum gəlir baxımından 5 milyon avro əlavə qazanc təmin edib.

Qeyd edək ki, ötən mövsüm UEFA Çempionlar Liqasının əsas mərhələsində çıxış edən "Qarabağ" ümumilikdə 36 milyon avro gəlir əldə etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO