Lautaro Martines "Barselona"nın alternativ transfer hədəfində

Lautaro Martines "Barselona"nın alternativ transfer hədəfində

Hazırda oxunan: Lautaro Martines "Barselona"nın alternativ transfer hədəfində

630409

İspaniyanın "Barselona" klubu argentinalı hücumçu Xulian Alvaresi transfer edə bilməsə, İtaliya təmsilçisi "İnter"in forvardı Lautaro Martinesi sıralarına cəlb etməyə çalışacaq.

Bizim.Media  xəbər verir ki, bu barədə "Sport.es" nəşri məlumat yayıb.

"Barselona" Alvaresin transferini əsas hədəf kimi müəyyənləşdirib. Lakin Madridin "Atletiko" klubu futbolçunu buraxmaq niyyətində deyil. Bu səbəbdən Lautaro Martines "Barselona" üçün alternativ variant kimi ön plana çıxıb.

Bildirilib ki, Martinesin transferi də asan başa gəlməyəcək. 27 yaşlı hücumçunun A Seriyası kollektivi ilə müqaviləsinin müddəti 2029-cu ilə qədər qüvvədədir.

O, ötən ilin mayında verdiyi açıqlamada "İnter"dən ayrılmaq ehtimalını istisna edib. Klubun prezidenti Cüzeppe Marotta da mümkün transferlə bağlı hər hansı danışıqların aparıldığını qəti şəkildə təkzib edib.

Məlumata görə, "İnter" Martinesi təxminən 120 milyon avro qarşılığında satmağa hazırdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO