Elvinin MRT müayinəsinin nəticəsi açıqlandı

Elvinin MRT müayinəsinin nəticəsi açıqlandı

Hazırda oxunan: Elvinin MRT müayinəsinin nəticəsi açıqlandı

630192

“Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyevin MRT yoxlanışının nəticəsi bəlli olub.

Bu barədə Bizim.Media-ya klubdan məlumat verilib.

“Futbolçumuzun sağlamlığında hansısa bir problem aşkarlanmayıb, komanda ilə məşqlərini davam etdirir”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Elvin “Dinamo” – “Qarabağ” matçında zədələnib və 75-ci dəqiqədə məcburi şəkildə əvəzlənib.

Xatırladaq ki, matç avqustun 6-da “Lublin Arena”da keçirilib və “Dinamo”nun 1:0 minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO