“Qarabağ” onun üçün milyonluq təklifləri RƏDD ETDİ

“Qarabağ” onun üçün milyonluq təklifləri RƏDD ETDİ

Hazırda oxunan: “Qarabağ” onun üçün milyonluq təklifləri RƏDD ETDİ

630002

Braziliyanın "Botafoqo" klubu "Qarabağ"ın yarımmüdafiəçisi Pedro Bikalyo ilə yenidən maraqlanıb.

Bizim.Media “qol.az”a istinadla xəbər verir ki, 25 yaşlı futbolçu üçün Azərbaycan klubuna 1,5 milyon dollar təklif olunub. Lakin "Qarabağ" bu məbləği qəbul etməyib.

Məlumata görə, Ağdam təmsilçisi əvvəlki transfer pəncərəsində Rusiyanın "Rubin" klubunun Bikalyo üçün göndərdiyi 2,5 milyon dollarlıq təklifi də geri çevirib.
 

"Botafoqo"nun Dominqos Andrade ilə müqavilə imzalamasından sonra Pedro Bikalyo ilə bağlı danışıqları davam etdirməyəcəyi bildirilir.


Qeyd edək ki, Bikalyo 2022-ci ildə "Palmeyras"ın gənclər komandasının kapitanı olub və San-Paulu Gənclər Kubokunu qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO