Dünya çempionatına təyinat almış hakim Bakıya gələcək

Dünya çempionatına təyinat almış hakim Bakıya gələcək

Hazırda oxunan: Dünya çempionatına təyinat almış hakim Bakıya gələcək
628387
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Sabah”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda Danirmarka təmsilçisi “Orxus”a qarşı keçirəcəyi cavab oyununa hakim təyinatları açıqlanıb.

Bizim.Media xəbər verir ki, qarşılaşma Portuqaliyadan olan hakimlər briqadasına həvalə edilib.

Görüşün baş hakimi Joau Pineyru olacaq. Ona yan xətt hakimləri Lusianu Mayya və Uqu Markeş kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fabiu Verissimo yerinə yetirəcək.

VAR hakimi Tyaqu Martinş, onun köməkçisi isə Andre Narsiso olacaq.

Məlumat üçün bildirək ki, Joau Pineyru ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçirilmiş son dünya çempionatında üç oyunu idarə edib.

Qeyd edək ki, “Sabah” və “Orxus” komandaları arasında ilk oyun avqustun 5-də Randers şəhərində keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Cavab matçı isə avqustun 11-də Masazırdakı "Bank Respublika Arena"da olacaq və saat 20:00-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO