Dünya çempionatı: Daha 5 idmançımız mübarizəyə qoşulur

Dünya çempionatı: Daha 5 idmançımız mübarizəyə qoşulur

Hazırda oxunan: Dünya çempionatı: Daha 5 idmançımız mübarizəyə qoşulur

628305

Bakıda keçirilən güləş üzrə U17 dünya çempionatının dördüncü gününə start verilir.

Bizim.Media xəbər verir ki, bu gün Azərbaycanın qadınlardan ibarət millisinin daha beş üzvü xalça üzərinə çıxacaq.

Təsnifat mərhələsi

53 kq

Fatimə Bayramova - Sela Cudit Rozov (İsrail)

1/8 final

61 kq

Fidan Babayeva - Arujan Bakıtnur (Qazaxıstan) : Lidiya Ana Unqureanu (Moldova)

69 kq

Simura Abdullayeva - Natalia Georgieva Taseva (Bolqarıstan) - Milana Ulanova (Qırğızıstan)

1/4 final

48 kq

Nuray Cəfərli - Vivien Szentpal (Macarıstan) - Elif Su Aksoy (Türkiyə)

40 kq

Gülxanım Şirinova - Tasmin Athimni (Tunis) - Azzaya Battulga (Monqolustan)

Qeyd edək ki, dünən mübarizəyə qoşulan Qaratel Quliyeva (57 kq), Rəna Nuriyeva (65 kq), Vəfa Orucova ( 43 kq) və Nəzrin Əhmədli (49 kq) ilk görüşdəcə məğlub olublar.

Xatırladaq ki, yunan-Roma millimiz isə mundialı ümumilikdə 3 gümüş və 3 bürünc medalla tamamlayıb.
 

Belə ki, Əli Cavadlı (45 kq) və Abdulrəhman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş, Ömər Salmanov (48 kq), Orxan Həbibli (65 kq) və Elmir Çərkəzov (60 kq) isə bürünc medal qazanıblar.


Əlavə edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir və 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçini bir araya gətirib. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Sabah isə sərbəst güləşçilər döşək üzərinə çıxacaqlar.

Dünya çempionatına avqustun 2-də yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO