Klopp Almaniya millisi ilə razılığa gəldi

Klopp Almaniya millisi ilə razılığa gəldi

Hazırda oxunan: Klopp Almaniya millisi ilə razılığa gəldi

624723

Yurgen Klopp tezliklə Almaniya milli komandasının baş məşqçisi postuna gətiriləcək.

Bizim.Media xəbər verir ki, jurnalistlər Fabritsio Romano və Florian Plettenberqin məlumatına görə, Almaniya Futbol İttifaqı və 59 yaşlı mütəxəssis Nyu-Yorkda baş tutan danışıqlardan sonra prinsipial razılığa gəliblər.

Tərəflər 2030-cu il dünya çempionatının sonuna qədər nəzərdə tutulan müqaviləni razılaşdırıblar. Hazırda sazişin yalnız son detallarını həll etmək qalıb.

Həmçinin Kloppun "Red Bull" şirkətindən ayrılışı ilə bağlı prosesi tam yekunlaşdırması lazımdır.

Gözlənilir ki, o, yaxın vaxtlarda şirkətin baş direktoru Oliver Mintslaff ilə sonuncu danışıqları aparacaq və bundan sonra bütün rəsmi məsələlər öz həllini tapacaq.

Plettenberqin məlumatına görə, Almaniya Futbol İttifaqı Yurgen Kloppla razılığın əldə olunduğunu rəsmən bu gün elan etməyi planlaşdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO