Dünya çempionatından qayıdan afrikalı futbolçu öldü

Dünya çempionatından qayıdan afrikalı futbolçu öldü

Hazırda oxunan: Dünya çempionatından qayıdan afrikalı futbolçu öldü

624697

CAR yığmasının və "Mamelodi Sandauns" klubunun yarımmüdafiəçisi Ceyden Adams 25 yaşında həyatını itirib.

Bizim.Media xəbər verir ki, bu məlumatı "Soccer Laduma" portalı yayımlayıb.

Ölümün səbəbləri barədə məlumat verilmir.

Adams 2025-ci ildən "Mamelodi Sandauns" klubunda oynayırdı və komandanın heyətində 27 matçda 4 qolun müəllifi olub. Buna qədər o, beş il ərzində Cənubi Afrikanın "Stellenbos" komandasında çıxış edib.

2025/26-cı illər mövsümündə futbolçu Afrika Çempionlar Liqasının qalibi olub.

Adams CAR yığmasının heyətində 9 oyun keçirib və 1 qol vurub. Yarımmüdafiəçi 2026-cı il dünya çempionatının qrup mərhələsinin bütün (üç) matçlarında meydana çıxıb. (sfera.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO