Yeni baş məşqçidən Ronaldonun gələcəyi ilə bağlı AÇIQLAMA

Yeni baş məşqçidən Ronaldonun gələcəyi ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Yeni baş məşqçidən Ronaldonun gələcəyi ilə bağlı AÇIQLAMA

624677

Portuqaliya millisinin yeni baş məşqçisi Jorje Jesuş hücumçu və milli komandanın kapitanı Kriştiano Ronaldo haqqında fikirlərini bildirib. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, məşqçi və oyunçu əvvəllər Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda birlikdə çalışıblar.

41 yaşlı Ronaldo 2026-cı il Dünya çempionatında üç qol vurub, lakin Portuqaliya 1/8 final mərhələsini keçə bilməyib.

"Kriştiano nə milli komanda, nə də mənim üçün heç vaxt problem olmayacaq. Kriştiano Portuqaliya futbolunun simvoludur.

O, "Əl-Nəsr"də qalmaq istəyir və karyerasını orada başa vuracaq. Kriştiano ilə işləmək asandır", - Jesuş bildirib.

"Əl-Nəsr" 2025/2026 mövsümündə Səudiyyə Ərəbistanı çempionluğunu qazanıb. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO