FİFA oyunların vaxtını dəyişmədi

FİFA oyunların vaxtını dəyişmədi

Hazırda oxunan: FİFA oyunların vaxtını dəyişmədi

623285

FIFA DÇ-2026-nın 1/8 final mərhələsi çərçivəsində keçiriləcək İngiltərə - Meksika və Braziliya - Norveç oyunlarının başlama vaxtını dəyişməmək qərarına gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
 

Daha əvvəl turnirin təşkilatçıları Mexiko şəhərində gözlənilən əlverişsiz hava şəraiti səbəbindən İngiltərə - Meksika matçının başlama vaxtını altı saat irəli çəkmək imkanını nəzərdən keçirirdilər. Lakin aparılan məsləhətləşmələrdən sonra "Asteka" stadionunda keçiriləcək oyunun vaxtının dəyişdirilməməsi barədə qərar qəbul edilib. Görüş iyulun 6-sı, Bakı vaxtı ilə saat 04:00-da başlayacaq.


Braziliya və Norveç komandaları arasında iyulun 5-də İst-Rezerforddakı "MetLayf" stadionunda baş tutacaq görüşün vaaxtında da dəyişiklik edilməyib. Bu qarşılaşmanın da isti hava şəraiti ilə bağlı risklər səbəbindən vaxtının dəyişdirilməsi ehtimalı var idi. Lakin start vaxtı əvvəlki kimi - 6 iyul, Bakı vaxtı ilə saat 00:00 olaraq saxlanılıb.

Meksika Futbol Federasiyası və Braziliya Futbol Konfederasiyası təqvimdə mümkün düzəlişlərlə bağlı danışıqların aparıldığını təsdiqləyiblər. Buna baxmayaraq, FIFA oyunların cədvəlində heç bir dəyişiklik etməmək qərarına gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO