"Zirə" heyətini braziliyalı futbolçu ilə gücləndirə bilər.
Bizim.Media xəbər verir ki, qəsəbə təmsilçisi Gilyerme Neyva ilə maraqlanır.
25 yaşlı vinger Portuqaliyanın “AVS Sad” klubunun üzvüdür. Klubla müqaviləsi 2027-ci il iyunun 30-a qədər olan Neyvanın “Zirə”yə keçəcəyi gözlənilir.
O, başa çatan mövsümdə 24 matça çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Gilyerme “Akademika Koimbra”, “Taypas”, “Vianense”, “Sandinenses”, “Oliv. Hospital”(hamısı Portuqaliya) klublarında oynayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
15:43 / 30.06.2026
Neyva “Zirə”nin TRANSFER HƏDƏFİNDƏ
Hazırda oxunan: Neyva “Zirə”nin TRANSFER HƏDƏFİNDƏ
Hazırda oxunan: Neyva “Zirə”nin TRANSFER HƏDƏFİNDƏ
622416
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































