“Neftçi” yeni transferi üçün nə qədər PUL ÖDƏYİB?

“Neftçi” yeni transferi üçün nə qədər PUL ÖDƏYİB?

Hazırda oxunan: “Neftçi” yeni transferi üçün nə qədər PUL ÖDƏYİB?

620772

“Neftçi”nin yeni transferi Qustavo Klisman üçün ödədiyi məbləğ məlum olub.

Bizim.Media xəbər verir ki, bu barədə “Record” nəşri məlumat yayıb.

“Ağ-qaralar” yarımmüdafiəçi üçün klubu “Santa Klara”ya 300 min avro təzminat ödəyib. “Neftçi” Klismanla 2+1 illik müqavilə imzalayıb.

Karyerasının böyük hissəsini Portuqaliyada keçirən yarımmüdafiəçi 2025-ci ildə icarə əsasında Yaponiyanın “Vissel Kobe” klubunda çıxış edib. O, sonuncu klubu “Santa Klara”nın heyətində 74 oyun keçirib, 3 qol və 7 assist müəllifi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO