Nüfuzlu “Goal” portalı dünya çempionatları tarixinin ən yaxşı 10 oyunçusunun siyahısını tərtib edib.
Bizim.Media xəbər verir ki, reytinq cədvəlinə əfsanəvi braziliyalı hücumçu Pele rəhbərlik edir.
O, futbol tarixində üç dəfə dünya çempionu adını qazanmış yeganə oyunçudur.
Siyahıda ikinci pillədə Argentina millisinin kapitanı Lionel Messi qərarlaşıb. İlk üçlüyü isə digər argentinalı dahi futbolçu Dieqo Maradona tamamlayır.
“Goal” nəşrinin versiyasına görə, dünya çempionatları tarixinin ən yaxşı 10 futbolçusu aşağıdakılardır:
1. Pele (Braziliya);
2. Lionel Messi (Argentina);
3. Dieqo Maradona (Argentina);
4. Ronaldo (Braziliya);
5. Frans Bekkenbauer (Almaniya);
6. Kafu (Braziliya);
7. Gerd Müller (Almaniya);
8. Kilian Mbappe (Fransa);
9. Zinəddin Zidan (Fransa);
10. Miroslav Kloze (Almaniya).
Bizim.Media

- A-
- A
- A+
İdman
20:07 / 21.06.2026
“Goal” tarixin ən yaxşılarını seçdi - Siyahıda kimlər var?
Hazırda oxunan: “Goal” tarixin ən yaxşılarını seçdi - Siyahıda kimlər var?
Hazırda oxunan: “Goal” tarixin ən yaxşılarını seçdi - Siyahıda kimlər var?
620648
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































