2026-cı il Futbol üzrə Dünya Çempionatında qumar və proqnoz dünyası tarixin ən böyük uduşlarından birinə şahidlik edib.
Bizim.Media xəbər verir ki, bu barədə məşhur mərkəzləşdirilməmiş proqnoz platforması "Polymarket Sports"un rəsmi "X" (keçmiş Twitter) hesabında məlumat yayılıb.
Bekə ki, Kripto-treyder Türkiyə millisinin Paraqvaya qalib gələ bilməyəcəyinə (heç-heçə və ya Paraqvay qələbəsi) təxminən 4.2 milyon dollar pul qoyaraq fantastik məbləğ qazanıb.
Gərgin keçən oyun Paraqvay millisinin 1:0 hesablı sürpriz qələbəsi ilə başa çatıb. Nəticədə mərc edən şəxs 7.88 milyon dollardan çox vəsait əldə edib.
Qeyd edək ki, oyundan əvvəl bukmeker kontorları Türkiyənin qələbəsinə 2.00-yə yaxın, Paraqvayın qələbəsinə isə 3.50-dən yüksək əmsal verirdilər.
Bizim.Media

- A-
- A
- A+
İdman
15:04 / 20.06.2026
Türkiyənin məğlubiyyətinə mərc edib, 8 milyon qazandı
Hazırda oxunan: Türkiyənin məğlubiyyətinə mərc edib, 8 milyon qazandı
Hazırda oxunan: Türkiyənin məğlubiyyətinə mərc edib, 8 milyon qazandı
620433
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































