Avropa Liqasının ilk oyununa yaxşı hazırlıq keçməliyik.
Bizim.Media xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının I təsnifat mərhələsində İslandiyanın “Vestri” klubuna rəqib olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov püşkü dəyərləndirərkən deyib.
Onun sözlərinə görə, bu rəqibə qarşı həddindən artıq ciddi olmaq lazımdır:
“Çünki komandamız hələ optimal formada deyil. Heyətimizdə zədəli futbolçular da var. Eyni zamanda, transfer çalışmalarını davam etdiririk. Doğrudur, seleksiya işlərində müəyyən çətinliklərlə üzləşirik. Ancaq yenə də heyəti komplektləşdirmək üçün əlimizdən gələni edirik. İlk növbədə, qısa müddətdə formaya düşməliyik. Bunun üçün də yaxşı hazırlıq keçmək lazımdır”.
Mütəxəssis bildirib ki, futbol son vaxtlar o qədər dəyişilib ki, heç kimin potensialını öncədən dəqiq bilmək olmur:
“Vestri" barədə ilkin təəssüratlarımız var, müəyyən qədər maraqlanmışıq. Heyətlərində kifayət qədər dəyişiklik olub. İlk matça qədər geniş məlumat topalayacaq və ciddi hazırlaşacağıq. Son olaraq, Çempionlar Liqasında ölkəmizi təmsil edəcək "Sabah"a, Konfrans Liqasında mübarizə aparacaq "Zirə" və "Neftçi"yə uğurlar arzulayırıq”.
Qeyd edək ki, I təsnifat mərhələsinin görüşləri iyulun 9-u və 16-da oynanılacaq.
Bizim.Media

- A-
- A
- A+
İdman
21:15 / 16.06.2026
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
Hazırda oxunan: Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
Hazırda oxunan: Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
619681
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































