“Araz-Naxçıvan” PFK-nın rəhbərliyi baş məşqçi vəzifəsinə Cavid Hüseynovu təyin edib.
Bizim.Media xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, futbolçu kimi müxtəlif illərdə “Turan”, MOİK, “Olimpik”, “İnter”, “Neftçi”, “Bakı”, “Qəbələ”, “Zirə”, Türkiyənin “Adana Demirspor” klublarının, həmçinin Azərbaycanın U-19, U-21, əsas millisinin formasını geyinmiş C. Hüseynov məşqçi kimi “Şamaxı” klubunda fəaliyyətə başlayıb. “Cəbrayıl”, “Turan Tovuz” klublarında da çalışan 38 yaşlı mütəxəssis bir müddət “Səbail”in də baş məşqçisi olub.
Bizim.Media

- A-
- A
- A+
İdman
16:06 / 16.06.2026
Cavid Hüseynov “Araz Naxçıvan”ın baş məşqçisi TƏYİN OLUNDU
Hazırda oxunan: Cavid Hüseynov “Araz Naxçıvan”ın baş məşqçisi TƏYİN OLUNDU
Hazırda oxunan: Cavid Hüseynov “Araz Naxçıvan”ın baş məşqçisi TƏYİN OLUNDU
619613
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































