Çempionlar Liqası: "Sabah"ın rəqibi bu gün bəlli olacaq

Çempionlar Liqası: "Sabah"ın rəqibi bu gün bəlli olacaq

Hazırda oxunan: Çempionlar Liqası: "Sabah"ın rəqibi bu gün bəlli olacaq

619518

"Sabah"ın UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün I təsnifat mərhələsindəki rəqibi bu gün bəlli olacaq.

Bizim.Media xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında keçiriləcək.

Tədbir Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Azərbaycan təmsilçisinin bu raunddakı potensial rəqibləri İrlandiyanın "Şemrok Rovers", Uelsin TNS, İslandiyanın "Vikinqur", Şimali İrlandiyanın "Larne", Finlandiyanın "KuPS", Qazaxıstanın "Kayrat", Moldovanın "Petrokub", Estoniyanın "Flora", Cəbəllüttariqin "Linkoln", Rumıniyanın "Universitatya", Farer adalarının "Klaksvik", Kosovonun "Drita", Bosniya və Herseqovinanın "Borats" və Latviyanın "Riqa" kollektivləridir.

Xatırladaq ki, I təsnifat mərhələsinin oyunları iyulun 7-8-i və 14-15-də keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO