2026-cı il Dünya Çempionatı zamanı yapon azarkeşlər bir daha nümunəvi davranışları ilə diqqət mərkəzinə düşüblər.
Bizim.Media xəbər verir ki, bu barədə FİFA-nın rəsmi “İnstagram” hesabında paylaşım edilib.
Belə ki, Yaponiya – Niderland qarşılaşmasının (2:2) başa çatmasından sonra tribunaları tərk etməyə tələsməyən yaponiyalı azarkeşlər oturduqları əraziləri təmizləyərək zibilləri toplayıblar.
Qeyd edək ki, yapon azarkeşlərin bu nümunəvi davranışı artıq ənənə halını alıb.
Bizim.Media



































































































