"UFC Freedom 250" turnirində gürcü əsilli ispaniyalı çempion İliya Topuriya amerikalı rəqibi Castin Qeyci ilə yüngül çəki dərəcəsi üzrə çempionluq döyüşünə çıxıb.
Bizim.Media xəbər verir ki, hakimin qərarı ilə dördüncü raunddan sonra döyüş dayandırılıb.
Buna səbəb Topuriyanın aldığı zərbələrdən sonra döyüşü davam etdirə bilməməsi olub.
Beləcə, ABŞ-li idmançı texniki nokautla qələbə qazanıb və karyerasında ilk dəfə çempionluq kəmərinə yiyələnib.
Qeyd edək ki, bu, İliya Topuriyanın peşəkar MMA karyerasında ilk məğlubiyyətidir.
Xatırladaq ki, ki, Ağ Evin həyətində keçirilən nüfuzlu yarış ABŞ-nin müstəqilliyinin 250 illiyinə həsr olunub.


Bizim.Media

































































































