ABŞ millisi itki ilə üzləşib.
Bizim.Media xəbər verir ki, komandanın yarımmüdafiəçisi Kristian Pulişiç zədələnib.
Bu barədə baş məşqçi Maurisio Poçettino DÇ-2026-da Paraqvayla oyundan sonra mətbuata açıqlamasında deyib.
O, amerikalı futbolçunun ayağına zərbə aldığını və bu səbəbdən onu fasilədə əvəzlədiyini bildirib. Pulişiçin son durumu tibbi müayinədən sonra bilinəcək.
ABŞ Paraqvayı 4:1 hesabıyla məğlub edib.
Bizim.Media



































































































