Dünya çempionatı - Türkiyə bu tarixdə meydana çıxacaq

Dünya çempionatı - Türkiyə bu tarixdə meydana çıxacaq

Hazırda oxunan: Dünya çempionatı - Türkiyə bu tarixdə meydana çıxacaq

619015

Futbol üzrə dünya çempionatının üçüncü günü azarkeşlərə bir-birindən həyəcanlı və maraqlı qarşılaşmalar vəd edir.

Bizim.Media xəbər verir ki, qrup mərhələsinin ilk turu çərçivəsində yaşıl meydanlarda daha dörd həlledici oyun baş tutacaq.

Günün ilk dueli B qrupunda mübarizə aparan Qətər və İsveçrə yığmaları arasında qeydə alınacaq. "San-Fransisko bay Area" stadionunda keçiriləcək bu gərgin matçın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.
 

Növbəti qarşılaşmalar isə iyunun 13-dən 14-nə keçən gecə və səhər saatlarında futbolsevərləri ekran başına toplayacaq. Belə ki, C qrupunda təşkil olunacaq Braziliya - Mərakeş oyunu gecə saat 02:00-da, Haiti - Şotlandiya matçı isə 05:00-da başlayacaq.


D qrupunun ilk matçı kimi diqqət çəkən Avstraliya - Türkiyə qarşılaşması isə Bakı vaxtı ilə səhər saat 08:00-da start götürəcək.

Dünya çempionatı

I tur

13 iyun

B qrupu

23:00. Qətər - İsveçrə

14 iyun

C qrupu

02:00. Braziliya - Mərakeş

05:00. Haiti - Şotlandiya

D qrupu

08:00. Avstraliya - Türkiyə

Qeyd edək ki, mundiala iyulun 19-da yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO