“Şəfa” üç futbolçusu ilə vidalaşıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müdafiəçi Hüseyn Mürsəlov, yarımmüdafiəçi Aqil Nəsibov və hücumçu Amir Ebrahimzadenin “Şəfa” ilə müqavilələrinin müddəti başa çatıb.
Klub adıçəkilən oyunçularla yola davam etməyib.
“Şəfa” yeni mövsümdə Premyer Liqada mübarizə aparacaq.
Bizim.Media




































































































