Renat Dadaşov Kipr klubunun transfer hədəfində

Renat Dadaşov Kipr klubunun transfer hədəfində

Hazırda oxunan: Renat Dadaşov Kipr klubunun transfer hədəfində

615876

"Motor"dan ayrılacaq Renat Dadaşov yeni mövsümə Kiprdə başlamaq variantına sahibdir.

Bizim.Media xəbər verir ki, Azərbaycan millisinin hücumçusuna “Anortosis” maraq göstərir.

İtaliya millisinin sabiq futbolçusu Mauro Kamoranezinin çalışdırdığı klub Dadaşovla 1 illik müqavilə imzalamağı gözdən keçirir.

Fərqli ölkə klublarından, Azərbaycan Premyer Liqası təmsilçilərinin də transfer siyahısında yer almış Dadaşov millinin Avstriya toplanışından sonra yeni mövsümlə bağlı qərarını verəcək.

27 yaşlı forvardın “Motor”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. Qeyd edək ki, millimizin sabiq üzvü Araz Abdullayev də "Anortosis"də oynayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO