“Qalatasaray” “Benfika”nın təklifini qəbul etmədi

“Qalatasaray” “Benfika”nın təklifini qəbul etmədi

Hazırda oxunan: “Qalatasaray” “Benfika”nın təklifini qəbul etmədi

615369

"Qalatasaray"ın futbolçusu Yunus Akgün karyerasını Portuqaliyada davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, "Benfika" türkiyəli vingeri transfer etmək istəyir. Bu barədə "A Bola" nəşri məlumat yayıb.
 

Lissabon klubu Yunus üçün 17+2 milyon avroluq təklif göndərib. Türkiyə çempionu bu təklifi qəbul etməyib. "Benfika"nın 25 25 yaşlı ön xətt oyunçusu üçün İstanbul təmsilçisinə növbəti təklifi göndərəcəyi bildirilir.


Qeyd edək ki, Yunus Akgün "Qalatasaray"ın yetirməsidir. Türkiyə millisinin üzvü başa çatan mövsümdə "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 42 rəsmi matçda 10 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO