Güləşçilərimiz Avropa çempionatında 6 medal qazandı

Güləşçilərimiz Avropa çempionatında 6 medal qazandı

Hazırda oxunan: Güləşçilərimiz Avropa çempionatında 6 medal qazandı

615168

Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U15 Avropa çempionatına yekun vurulub.

Bizim.Media xəbər verir ki, son yarış günündə 5 sərbəst güləşçimiz fəxri kürsüyə qalxıb.
 

Finaladək bütün görüşləri vaxtından əvvəl qələbəylə başa vuran Yusif Abdullayev (38 kq) son qarşılaşmada da ənənəsinə sadiq qalıb. Rezi Yobidzeyə tam üstünlüklə (10:0) qalib gələn həmyerlimiz Avropa çempionu olub.


Elman İsmayılov (41 kq) finalda bolqarıstanlı Simyon Velikova 4:15 hesabıyla uduzub və gümüş medalı boynundan asıb.

Məhəmməd Kərimov (44 kq) belaruslu Aleksandr Hamova tam üstünlüklə (16:6) qalib gələrək bürünc medal qazanıb.

Adəm Quliyev (52 kq) finalda rusiyalı Badruddin Maqomedova 7:9 hesabıyla məğlub olub və yarışı ikinci pillədə başa vurub.

Yusif Hüseynov (62 kq) isə bürünc medal uğrunda görüşdə rusiyalı Zaur Najmudinovu üstələyib – 5:0.

Beləliklə, sərbəst güləş Azərbaycan millisi qitə birinciliyində 6 medal əldə edib. Xatırladaq ki, ötən gün Elvin Necəfzadə (85 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO