FIFA İran millisinin xahişini qəbul etdi

FIFA İran millisinin xahişini qəbul etdi

Hazırda oxunan: FIFA İran millisinin xahişini qəbul etdi

615113

"FIFA dünya çempionatında İran millisinin bazasının ABŞ-dan Meksikaya köçürülməsini təsdiqləyib".

Bizim.Media "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu İran Futbol Federasiyasının prezidenti Mehdi Tac bəyan edib.

"Dünya çempionatında iştirak edən ölkələrin komandalarının bütün baza düşərgələri FIFA tərəfindən təsdiqlənməlidir. Xoşbəxtlikdən, bizim göndərdiyimiz sorğulardan, FIFA və dünya çempionatının rəsmi şəxsləri ilə keçirdiyimiz görüşlərdən sonra komandanın bazasının ABŞ-dan Meksikaya köçürülməsi barədə xahişimiz qəbul edilib.

Biz Sakit okeanın yaxınlığında, Meksika ilə ABŞ sərhədində yerləşən Tixuanadakı düşərgədə məskunlaşacağıq", - deyə Tac bildirib.

Qeyd edək ki, İran millisi qrup mərhələsinin hər üç oyununu ABŞ-da keçirməlidir. İran komandası Belçika, Misir və Yeni Zelandiya milliləri ilə eyni qrupda yer alıb.

Turnir iyunun 11-dən iyulun 19-dək keçiriləcək, oyunlar ABŞ, Meksika və Kanadada baş tutacaq. Yarışda ilk dəfə olaraq 48 komanda iştirak edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO