İki güləşçimiz Avropa çempionatında finala yüksəldi

İki güləşçimiz Avropa çempionatında finala yüksəldi

Hazırda oxunan: İki güləşçimiz Avropa çempionatında finala yüksəldi
614459
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın sərbəst güləş üzrə U-15 millisinin iki üzvü Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib.

Bizim.Media xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə 7 çəkidə finalçılar müəyyənləşib.
 

Hüseyn Əmrahlı (38 kq) ermənistanlı Qor Karapetyan (9:0) və bolqarıstanlı İvan Aleksandrova (8:0) tam üstünlüklə qalib gəldikdən sonra yarımfinalda rusiyalı Ervin Sufiyanovdan güclü olub – 3:1. Hüseyn finalda estoniyalı Daniel Samuellə güləşəcək.


Xudayar Kərimov (41 kq) finlandiyalı Vilyami Kotilayneni (5:3) yarışdan kənarlaşdırsa da, 1/4 finalda bolqarıstanlı Oqnyan Burqazovla mübarizədə qolundan zədələndiyi üçün görüşü davam etdirə bilməyib.

Paşa Aslan (44 kq) belaruslu Matvey Utliklə (9:0) serbiyalı Adam Horvatı (9:1) vaxtından əvvəl xalçadan məyus yola salıb. Yarımfinalda isə gürcüstanlı Luka Saqinadzeni 5:3 hesabıyla üstələyib. Paşa finalda ermənistanlı adaşı Paşa Xudoyanla güləşəcək.
 

Pünhan Şahmarov (48 kq) macarıstanlı Vensel Olas (11:3), belaruslu Nazar Krişnyov (5:3) və türkiyəli Mehmet Dedeoğluna (6:0) qalib gəlib. Yarımfinalda rusiyalı Feliks Tuayevə uduzan (1:10) həmyerlimiz sabah bürünc medal görüşünə çıxacaq.


Rəsul Əhmədli (52 kq) 1/8 finalda türkiyəli Muhammed Ozenə minimal fərqlə məğlub olub – 1:2. Sadiq Vəlizadə (57 kq) böyük britaniyalı Pol Hanlonla (8:0) türkiyəli Yusuf Sariyara (9:5) qalib gələrək adını yarımfinala yazdırıb. Sadiq finalın bir addımlığında rusiyalı Raybek Muçurayevlə bacarmayıb – 2:13.

Raul Məmmədzadə (62 kq) bolqarıstanlı Qriqor Simyonova (9:1) qalib gəlsə də, 1/4 finalda gürcüstanlı Qabriyel Tavberidzeyə (1:5) məğlub olub. Rəqib finala yüksəldiyi üçün Raul sabah təsəlliverici görüşə çıxacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO