Klublarımızın Avropa SINAĞI – Hansı daha uğurlu OLACAQ?

Klublarımızın Avropa SINAĞI – Hansı daha uğurlu OLACAQ?

Hazırda oxunan: Klublarımızın Avropa SINAĞI – Hansı daha uğurlu OLACAQ?

614352

Bildiyiniz kimi, 2026/27 mövsümündə Azərbaycanı avrokuboklarda təmsil edəcək bütün klubların adları müəyyənləşib. Azərbaycanı bu mövsüm “Sabah” Çempionlar Liqası, “Qarabağ”, Avropa Liqası, “Neftçi” və “Turan Tovuz” isə Konfrans Liqasında təmsil edəcək.

Maraqlıdır, hazırkı heyətlərlə klublarımızın avrokuboklardakı şansları necədir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimov klublarımızın şanslarını dəyərləndirib:

“Əgər futbolda TOP ölkələrindən biri olsaydıq, ən azından play-off mərhələsinə gedəcək yolumuzu indidən müəyyən edə bilərdik. Amma hazırkı durumda səviyyə cəhətdən bizə düşən rəqiblərdən çox şey asılı olacaq.
 

Uzun müddətdir ki, “Qarabağ”da Avropada çıxış etdiyinə görə, reytinq xalları da yüksəkdir.  Bu da onların ilk təsnifat mərhələsində daha aşağı reytinq xalına malik klubla qarşılaşması deməkdir. Nəticədə, uzunmüddətli Avropa təcrübəsini nəzərə alaraq, “Qarabağ”ın yolunun daha uzun olacağını demək mümkündür.


Bu gün “Sabah”ın heyəti Azərbaycan çempionatı üçün yaxşı səviyyədədir. Lakin söhbət Çempionlar Liqasından gedirsə, burada daha dişli rəqiblərlə qarşılaşa bilər. Yəni, yolunun uzunluğu tək öz gücündən deyil, rəqiblərin hansı səviyyədə olması da mühim amildir.
“Neftçi” və “Turan Tovuz”un reytinq cədvəlində xalları aşağı olduğu üçün rəqiblər də bir qədər daha güclü düşə bilər.

Ümumiyyətlə, düşünürəm ki, bu il klubumlarımız ilk təsnifatı keçməyi bacara bilərlər. Digər təsnifatlarda isə həm təcrübə, həm rəqibin kimliyi öz sözünü deyəcək”.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO