22 ildən sonra çempion oldular - VİDEO

22 ildən sonra çempion oldular - VİDEO

Hazırda oxunan: 22 ildən sonra çempion oldular - VİDEO

614269

"Arsenal" 37-ci turda "Mançester Siti" ilə "Bornmut" arasında 1:1 hesablı heç-heçədən sonra 2025/26 mövsümündə İngiltərə Premyer Liqasının qalibi olub.

Bizim.Media xəbər verir ki, bir oyun qalmış London klubu 82 xalla birinci yerdədir. 78 xalla "şəhərlilər" ikinci yerdədir və titul qazanmaq şansını itirib.
 

İngiltərə Premyer Liqasının 37 oyununda "Arsenal" 25 dəfə qalib gəlib, yeddi dəfə heç-heçə edib və beş dəfə uduzub. Mikel Artetanın komandası yarışın sonuncu, 38-ci turunda "Kristal Palas"la qarşılaşacaq. Oyun 24 mayda Londondakı "Selhurst Park"da keçiriləcək.


"Arsenal"ın sonuncu İngiltərə çempionluğu 2003/2004 mövsümündə olub. Həmin vaxt komandaya Arsen Venger rəhbərlik edib.

Bu, London klubunun 14-cü liqa tituludur. Komanda daha əvvəl 1930/31, 1932/33, 1933/34, 1934/35, 1937/38, 1947/48, 1952/53, 1970/71, 1988/89, 1990/91, 1997/98, 2001/02 və 2003/04 mövsümlərində İngiltərə Premyer Liqasını qazanıb.

Yalnız hər biri 20 çempionluqla "Liverpul" və "Mançester Yunayted" "Arsenal"dan irəlidədirlər. (İdman.biz)





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO