Tanınmış idmançı güllələndi - Cinayət anının VİDEOSU

Tanınmış idmançı güllələndi - Cinayət anının VİDEOSU

Hazırda oxunan: Tanınmış idmançı güllələndi - Cinayət anının VİDEOSU

611812

Kaluqada Rusiya çempionu güllələnərək öldürülüb.

Bizim.Media cinayət anının görüntüləri "ES! — канал Евгения Серкина" teleqram kanalında paylaşılıb.

Kadrlarda idmançının küçədə iki nəfərlə söhbət etdiyi görünür. Birdən onlardan biri silah çıxararaq idmançıya atəş açır. İsayev yerə yıxılır, bundan sonra cinayətkar sonuncu dəfə yenə onu silahla vurur.
 

Hadisə mayın 7-nə keçən gecə baş verib. Ehtimal olunan versiyaya görə, İsayevin görüşdüyü qızın keçmiş sevgilisi qısqanclıq zəminində idmançıya ov tüfəngindən (ehtimallara görə, İJ markalı) bir neçə dəfə atəş açıb. İsayev aldığı yaralardan hadisə yerindəcə keçinib.


Mətbuatda yayılan xəbərlərə görə, artıq iki şübhəli şəxs saxlanılıb.

İsayev bədii gimnastika üzrə idmançı və Rusiya çempionu olub. Uzun müddət fərdi məşqçi işləyib və yarışlarda iştirak edib. İsayev ölümündən bir müddət əvvəl həmkarlarına iki kişi ilə münaqişədə olduğunu deyib.
 

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO