Kurban Berdıyev bu futbolçunun transferini istəyir

Kurban Berdıyev bu futbolçunun transferini istəyir

Hazırda oxunan: Kurban Berdıyev bu futbolçunun transferini istəyir
611730
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Turan Tovuz” Moskva “Lokomotiv”indən icarəyə götürdüyü müdafiəçi Mark Mampassi ilə bağlı qərarını verib.

Bizim.Media xəbər verir ki, Tovuz təmsilçisi futbolçunun transfer hüquqlarını almaq istəyir.

Komandanın baş məşqçisi Kurban Berdıyev Markın performansından məmnundur və onun birdəfəlik transfer edilməsini arzulayır. Mampassi bu ilin fevralından “Turan Tovuz”da çıxış edir. O, Premyer Liqada 8 oyunda 1 qol vurub.

Donetsk “Şaxtyor”unun yetirməsi olan 22 yaşlı futbolçu karyerası ərzində Ukraynada “Mariupol”, Türkiyədə “Antalyaspor”, Belçikada isə “Kortriyk”in formasını geyinib.

Ukrayna Premyer Liqasında “Mariupol”un heyətində 21 oyunda meydana çıxan futbolçu, Belçika yüksək liqasında 35, Rusiya Premyer Liqasında isə 18 oyunda meydanda olub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO