İdmançılarımızın may ayı üçün REYTİNQİ: Həsrət Cəfərov liderdir

İdmançılarımızın may ayı üçün REYTİNQİ: Həsrət Cəfərov liderdir

Hazırda oxunan: İdmançılarımızın may ayı üçün REYTİNQİ: Həsrət Cəfərov liderdir

610626

Azərbaycan idmançılarının 2026-cı ilin may ayı üzrə reytinq siyahısı açıqlanıb.

Bizim.Media xəbər verir ki, siyahının lideri ötən ay Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında qızıl medal qazanan yunan-Roma güləşçisi Həsrət Cəfərov olub.

O, 480 xalla birinci pillədə qərarlaşıb.

Reytinqdə ikinci yeri Avropa çempionu tituluna yiyələnən sərbəst güləşçi Giorgi Meşvildişvili (460 xal) tutur. Qitə birinciliyinin gümüş medalçısı Arseniy Djioyev isə 420 xalla ilk üçlüyü tamamlayıb.
 

Sonrakı pillələrdə cüdoçu Zelim Kotsoyev (390 xal), Elcan Hacıyev (370 xal), boksçu Səidcəmşid Cəfərov (350 xal), yunan-Roma güləşçisi Murad Əhmədiyev (330 xal), cüdoçu Zelim Tçkayev (320 xal), yunan-Roma güləşçisi Ülvü Qənizadə (300 xal) və yenidən Murad Əhmədiyev (270 xal) yer alıblar.


Reytinq cədvəli idmançıların beynəlxalq turnirlərdə əldə etdikləri nəticələr əsasında formalaşdırılıb. (teleqraf.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO