Sərbəst güləş üzrə Azərbaycan millisi 6-cı dəfə Avropa çempionu oldu

Sərbəst güləş üzrə Azərbaycan millisi 6-cı dəfə Avropa çempionu oldu

Hazırda oxunan: Sərbəst güləş üzrə Azərbaycan millisi 6-cı dəfə Avropa çempionu oldu

609536

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatına yekun vurulub.

Bizim.Media xəbər verir ki, yunan-Roma güləşi üzrə millinin ardınca sərbəst güləş üzrə yığmamız Avropanın zirvəsini fəth edib.

3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan komandamız 152 xal toplayaraq 6-cı dəfə Avropa çempionu olub. Millimiz 2-ci yeri tutan Gürcüstanı 58 xal qabaqlayıb. Ermənistan isə 73 xalla üçüncü olub.

Buna qədər Azərbaycan güləşin bu növündə 2009, 2017, 2022, 2023 və 2025-ci illərdə qitənin ən güclü ölkəsi olmuşdu.

Millimiz Albaniyada medalların əyarına görə, son 17 ilin ən yaxşı nəticəsinə imza atıb. 3 qızıl, 2 gümüş və 1 bürünc medal 2009-cu ildən bu yana Avropa çempionatında sərbəst güləşdə ən yaxşı göstəricimizdir.

Xatırladaq ki, Tiranada İslam Bazarqanov (57 kiloqram), Ali Tsokayev (92 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) Avropa çempionu olub. Turan Bayramov (74 kiloqram) və Arseni Cioyev (86 kiloqram) gümüş, Cəbrayıl Hacıyev (79 kiloqram) isə bürünc medal qazanıb.

Beləliklə, Azərbaycan 2022 və 2025-ci illərdə olduğu kimi, həm yunan-Roma, həm də sərbəst güləş üzrə komanda hesabında Avropa çempionu olaraq qızıl dubla imza atıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO