“Sabah” qapıçısı ilə bağlı QƏRARINI VERDİ

“Sabah” qapıçısı ilə bağlı QƏRARINI VERDİ

Hazırda oxunan: “Sabah” qapıçısı ilə bağlı QƏRARINI VERDİ

608430

“Sabah” qapıçısı Stas Pokatilovla bağlı qərarını qətiləşdirib.

Bizim.Media Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, paytaxt klubu 33 yaşlı qolkiperi növbəti mövsüm də heyətində saxlamağı planlaşdırır.

Bununla əlaqədar olaraq klubla anlaşması yaya qədər olan Qazaxıstan millisinin üzvünə yeni 1 illik müqavilə təklif olunub.

Lakin Misli Premyer Liqasının lideri bununla kifayətlənməyərək, yeni qapıçı transferinə çalışacaq. Buna səbəb Pokatilovun vacib oyunlarda kobud səhvlərlə diqqət çəkməsidir.

Baş məşqçinin istəyinə əsasən rəhbərlik daha bir qolkiper transferinə çalışır. Bakılılar Pokatilovla rəqabət apara biləcək bir qapıçını heyətinə qatmağı planlaşdırır.

Qeyd edək ki, Stas Pokatilov ötən ilin əvvəlindən “Sabah”ın formasını geyinir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO