“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun qərarı ilə əsas heyətdən uzaqlaşdırılan Elvin Cəfərquliyev və Abbas Hüseynov klub akademiyasının aşağı yaş komandalarının oyunlarını izləyiblər.
Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, onlar “Sərhədçi” idman kompleksinə yollanaraq, aşağı yaş qruplarının oyununa tribunadan baxıblar.
Xatırladaq ki, Elvin Cəfərquliyev və Abbas Hüseynov nizam-intizam qaydalarına görə, ötən gün əvəzedici heyətə göndərilmişdilər.
Onların yoxluğu bu gün Misli Premyer Liqasının 28-ci turunda özünü büruzə verib. “Köhlən atlar” öz meydanında “Sabah”a 0:1 hesabı ilə məğlub olaraq azarkeşlərini məyus edib.

Bizim.Media

- A-
- A
- A+
İdman
00:00 / 19.04.2026
Qurban Qurbanovun cəzalandırdığı Elvin və Abbas tribunadan matça baxdılar - FOTO
Hazırda oxunan: Qurban Qurbanovun cəzalandırdığı Elvin və Abbas tribunadan matça baxdılar - FOTO
Hazırda oxunan: Qurban Qurbanovun cəzalandırdığı Elvin və Abbas tribunadan matça baxdılar - FOTO
607990
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.










































































































