Nəriman 90 dəqiqə oynadı, komandası QALİB GƏLDİ

Nəriman 90 dəqiqə oynadı, komandası QALİB GƏLDİ

Hazırda oxunan: Nəriman 90 dəqiqə oynadı, komandası QALİB GƏLDİ

607424

Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin formasını geyindiyi “Kolumbus Kryu” ABŞ Açıq Kubokunda növbəti oyuna çıxıb.

Bizim.Media xəbər verir ki, sözügedən komanda səfərdə “Riçmond Kikkeers”lə qarşılaşıb.

Görüş “Kolumbus Kryu”nun qələbəsiylə başa çatıb – 3:0. Nəriman oyuna start heyətdə başlayıb və sona qədər oynayıb. O, ilk qolun vurulmasında iştirak edib.

Belə ki, Axundzadə – Marselo Errera ikilisinin qurduğu hücumu Qyuqu Pikar qolla tamamlayıb.

“Kolumbus” qələbə sayəsində 1/8 finala yüksəlib. Burada rəqib “One Knoksvill” olacaq. Aprelin 30-da keçiriləcək matçda Nərimanın komandası ev sahibi olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO