DÇ-2026-da İran yığmasını hansı milli komanda əvəz edə bilər?

DÇ-2026-da İran yığmasını hansı milli komanda əvəz edə bilər?

Hazırda oxunan: DÇ-2026-da İran yığmasını hansı milli komanda əvəz edə bilər?
601603
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İran milli komandası futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyə bilər və bu halda onun yerini, çox güman ki, Asiya Futbol Konfederasiyasının (AFC) digər komandası tutacaq.

Bizim.Media ESPN-ə istinadən xəbər verir ki, əvəzetmə üçün ən real namizəd İraq yığması hesab olunur.
 

İraq millisi martın 31-də qitələrarası pley-offun finalında Boliviya - Surinam cütlüyünün qalibi ilə qarşılaşacaq. Əgər İraq bu oyunda məğlub olarsa, məhz o, İranın əvəzinə dünya birinciliyinə vəsiqə qazana bilər.


Əgər İraq yığması qalib gəlib pley-off vasitəsilə turnirə birbaşa vəsiqə qazanarsa, növbəti namizəd Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) komandası olacaq.

Xatırladaq ki, martın 11-də Yaxın Şərqdə alovlanan genişmiqyaslı münaqişə fonunda İranın idman naziri Əhməd Donyamali milli komandanın bu yay ABŞ, Meksika və Kanadanın ev sahibliyi edəcəyi 2026-cı il dünya çempionatında iştirak etməyəcəyini bəyan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO