Çempionatda 1/4 final mərhələsi başladı - Şəhriyar Məmmədyarov qələbə qazandı

Çempionatda 1/4 final mərhələsi başladı - Şəhriyar Məmmədyarov qələbə qazandı

Hazırda oxunan: Çempionatda 1/4 final mərhələsi başladı - Şəhriyar Məmmədyarov qələbə qazandı
596327
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin ilk partiyaları keçirilib.

Bizim.Media xəbər verir ki, bu raundda rəmzi ilk gedişi Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov edib.

Yarışın reytinq favoriti Şəhriyar Məmmədyarov qara fiqurlarla Əhməd Əhmədzadəyə qalib gəlib.

Rauf Məmmədov-Read Səmədov, Məhəmməd Muradlı-Eltac Səfərli, Aydın Süleymanlı-Nicat Abasov görüşlərində heç-heçə qeydə alınıb.
 

Qadınların yarışında Ülviyyə Fətəliyeva qara fiqurlarla Səbinə İbrahimovanı, Ayan Allahverdiyeva Günay Məmmədzadəni üstələyib. Ağ fiqurlarla mübarizə aparan Türkan Məmmədyarova Nərmin Abdinovaya qalib gəlib. Xanım Balacayeva-Gülnar Məmmədova görüşündə bərabərlik olub.


Bu gün1/4 final mərhələsinin ikinci partiyaları oynanılacaq.

Qeyd edək ki, çempionata fevralın 22-də yekun vurulacaq. Yarışın ümumi mükafat fondu 92 min manat təşkil edir. Bu məbləğdən 62 min manat kişilərin, 30 min manat isə qadınların çempionatına aiddir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO