
- A-
- A
- A+
İdman
23:26 / 10.02.2022
1 dəq oxunma
Azərbaycan çempionatında 50 komanda iştirak edəcək
Hazırda oxunan: Azərbaycan çempionatında 50 komanda iştirak edəcək
0:00
0:00
59607
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Fevralın 11-də gənclər arasında boks üzrə Azərbaycan birinciliyi start götürəcək.
Federasiyadan Bizim.Media-ya verilən məlumata görə, Boks Mərkəzində təşkil olunacaq yarışda 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.
Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 50 komandanın 176 oğlan boksçusu qatılacaq.
İlk yarış günündə döyüşlər saat 15:00-da, digər 5 gündə saat 14:00-da başlanacaq. Qaliblərin adına isə fevralın 16-da aydınlıq gələcək.
Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda Azərbaycanı təmsil edəcəklər.
Qeyd edək ki, birinciliyin baş hakimi Etibar Alıyev olacaq.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün

































































































