Basketbol millilərimizin rəqibləri BƏLLİ OLDU

Basketbol millilərimizin rəqibləri BƏLLİ OLDU

Hazırda oxunan: Basketbol millilərimizin rəqibləri BƏLLİ OLDU
594741
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın müxtəlif yaş qrupları (U-18 və U-20) üzrə qız və oğlan basketbol yığmalarının Avropa çempionatının seçmə mərhələsində qarşılaşacağı komandalar müəyyənləşib.

Bizim.Media xəbər verir ki, U-18 qızlar yığması mübarizəyə B divizionunun A qrupunda başlayacaq.

Millimiz burada İslandiya, Portuqaliya, Rumıniya və Niderland seçmələri ilə qüvvəsini sınayacaq. Bu qrupun oyunları 31 iyul – 9 avqust tarixlərində baş tutacaq.
 

U-18 oğlanlardan ibarət komandamız isə B divizionunun B qrupunda yer alıb. Basketbolçularımız Polşa, İslandiya, Çexiya, Ukrayna və Portuqaliya yığmalarına qarşı yarışacaqlar. Matçların təqvimi 24 iyuldan 2 avqusta qədər müəyyən edilib.


U-20 qızlar komandası üçün də rəqiblər dəqiqləşib. Kollektivimiz B Divizionun A qrupunda İrlandiya, Albaniya və Yunanıstanla qarşılaşacaq. Bu qrupda oyunlar iyulun 4-dən 12-dək keçiriləcək.

Nəhayət, U-20 oğlan yığmamız A qrupunda İrlandiya, İsveç, Slovakiya və Şimali Makedoniya ilə mübarizə aparacaq. Turnirin bu mərhələsi iyulun 10-da start götürəcək və 19-da yekunlaşacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO