“Səbail” – “Şimal” oyununun nəticəsi AFFA-nın nəzarətində – ŞÜBHƏ

“Səbail” – “Şimal” oyununun nəticəsi AFFA-nın nəzarətində – ŞÜBHƏ

Hazırda oxunan: “Səbail” – “Şimal” oyununun nəticəsi AFFA-nın nəzarətində – ŞÜBHƏ
588179
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

I Liqanın XII turunda keçirilən “Səbail” – “Şimal” oyunu (3:4) şübhəli nəticə baxımından “radara” düşüb.

Bizim.Media “Futbolpress.az” saytına istinadən xəbər verir ki, AFFA sözü gedən oyunu nəzarətə götürüb və araşdırma aparılır.

Hətta bununla bağlı UEFA-nın müvafiq instansiyalarına məlumat verildiyi bildirilir.
 

Matçda 43-cü dəqiqədə hesabı “Səbail” açsa da, ikinci hissədə autsayder komanda 4 qol ( 48, 54, 60 və 65-ci dəqiqələr) vuraraq qələbə qazanıb. Maraqlıdır ki, liqanın sonuncu pilləsində qərarlaşan “Şimal” bu turadək cəmi 5 xal toplayıb, onun da 4-ü liderlər mövqeyində qərarlaşan “Səbail” ilə qarşılaşmalardan…


Xatırladaq ki, tərəflər arasında ilk qarşılma qolsuz bərabərliklə nəticələnmişdi.

“FutbolPress” tərəflərin mövqeyini dərc etməyə hazırdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO