8 boksçumuz dünya çempionatının 1/4 FİNALINDA

8 boksçumuz dünya çempionatının 1/4 FİNALINDA

Hazırda oxunan: 8 boksçumuz dünya çempionatının 1/4 FİNALINDA
584838
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın 8 boksçusu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında 1/4 final mərhələsində mübarizə aparacaq.

Bizim.Media xəbər verir ki, son olaraq iki təmsilçimiz 1/8 final göüşlərini qələbə ilə başa vurub. Maqsud Xasmetov (63,5 kq) Ruslan Qafurovdan (Tacikistan) güclü olub. O, rəqibini 5:0 (30:26, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib.
 

Xasmetov 1/4 finalda Omar Livaza (Qırğızıstan) ilə döyüşəcək. Sərxan Əliyev (71 kq) də növbəti qələbəsini qazanıb. Dünya çempionatının mükafatçısı bu dəfə Arturs Vaisə (Latviya) 5:0 (30:27, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə qalib gəlib.


O, 1/4 finalda Ablayxan Jussupovu (Qazaxıstan) sınağa çəkəcək.

Qeyd edək ki, Xasmetov və Əliyevdən öncə daha 6 boksçumuz 1/4 finalda iştirakını rəsmiləşdirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO