"Komandamı tanıya bilmirəm" - Elmar Baxşıyev

"Komandamı tanıya bilmirəm" - Elmar Baxşıyev

Hazırda oxunan: "Komandamı tanıya bilmirəm" - Elmar Baxşıyev
583922
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan kubokunun 1/8 final mərhələsində "Kəpəz"ə məğlub olaraq (0:1) mübarizəni dayandırmaqları haqda danışıb.

Bizim.Media xəbər verir ki, mütəxəssis görüşdən sonra təşkil olunan mətbuat konfransında komandasının zəif oyun göstərdiyini etiraf edib:

"Oyuna komanda olaraq pis qoşulduq. Kubok və çempionat fərqli yarışdır. Burada gərək əlindən gələnin yüz faizini edəsən ki, məqsədinə çatasan.
 

Açığı, son 5-6 oyunda komandamı tanıya bilmirəm. Meydanda görmək istədiyim komanda yoxdur. Təbii ki, problem özümüzdədir. Bu durumdan çıxmaq üçün daha artığını etməliyik. Hər bir məğlubiyyət təzyiq yaradır.


Önəmli olan məğlubiyyət yox, komandanın meydanda göstərdiyi oyundur. Çox zəif çıxış etdik. Səbəbini araşdırmalı, daha yaxşı etmək məcburiyyətindəyik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO