Mbappe matçdan sonra CƏZALANDIRILDI

Mbappe matçdan sonra CƏZALANDIRILDI

Hazırda oxunan: Mbappe matçdan sonra CƏZALANDIRILDI
582169
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İspaniya La Liqasında “Elçe” ilə baş tutan matçdan (2:2) sonra “Real”ın futbolçusu Kilian Mbappe hakimə etirazı ilə gündəmə gəlib.

Bizim.Media xəbər verir ki, fransalı hücumçu matç bitdikdən sonra baş hakim Fransisko Xose Ernandes Maesoya yaxınlaşaraq əlavə vaxtın az olmasına (8 dəqiqə) etiraz edib.

Referi bu hərəkətinə görə futbolçuya sarı vərəqə göstərib. Məlumata görə, oyunçu qərara kəskin etiraz etdiyi üçün cəzalandırılıb.
 

Son 3 oyunda qol vura bilməyən Mbappe komandasının bərabərlik qolunda (Cud Bellinqem) ötürməni verən tərəf olub. Lakin “Elçe” tərəfi həmin epizodda qapıçı İnyaki Penyanın zədələnməsi səbəbindən oyunun dayandırılmalı olduğunu iddia edərək qola etiraz edib.


Bu qarşılaşmadan sonra xal itirən “kral klubu” liderliyi ötən gün qalib gələn “Barselona”ya təhvil verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO