Fərid Qayıbov İctimai Şuranın üzvləri ilə görüşdü, təkliflərini dinlədi - FOTO

Hazırda oxunan: Fərid Qayıbov İctimai Şuranın üzvləri ilə görüşdü, təkliflərini dinlədi - FOTO

47694

Gənclər və idman naziri Fərid Qayıbov noyabrın 25-də Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüşərək onlarla tanış olub, təkliflərini dinləyib. 

Bizim.Media nazirliyə istinadən xəbər verir ki, Şuranın sədri Azər Əliyev qurumun fəaliyyəti, qarşılıqlı əlaqə və görüləcək işlərə dair məlumat verib.

İctimai Şuranın fəaliyyətinə uğurlar arzulayan Fərid Qayıbov, müntəzəm olaraq məsləhətləşmə və müzakirələrin aparılmasına hazır olduğunu və bunun vacibliyini qeyd edib. 

Görüş zamanı Şuranın 2021-ci ilin dekabr – 2022-ci ilin mart ayları üçün fəaliyyət planı da müzakirə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO