Çempionlar Liqası və Avropa Liqasında pley-off mərhələsi başlayır

Çempionlar Liqası və Avropa Liqasında pley-off mərhələsi başlayır

Hazırda oxunan: Çempionlar Liqası və Avropa Liqasında pley-off mərhələsi başlayır
33010
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün UEFA Çempionlar Liqasında (ÇL) və Avropa Liqasında (AL) pley-off mərhələsinin görüşlərinə start veriləcək.

Bizim.Media xəbər verir ki, ilk oyun günündə ÇL-də 3, AL-də isə 1 qarşılaşma baş tutacaq. Matçların hamısı Bakı vaxtı ilə eyni saatda - 23:00-da başlayacaq.

Çempionlar Liqasında "Monako" Fransada Ukraynanın "Şaxtyor" (Donetsk) klubunu qəbul edəcək. Digər oyunlarda Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası Moldovada "Şerif"lə, "Zalsburq" isə evdə Danimarka "Bröndbü"sü ilə üzə-üzə gələcək.

Avropa Liqasında isə "Srvena Zvezda" Serbiyada Rumıniyanın ÇFR klubu ilə münasibətlərinə aydınlıq gətirəcək.

Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

23:00. "Monako" (Fransa) - "Şaxtyor" (Donetsk, Ukrayna)

23:00. "Şerif" (Moldova) - "Dinamo" (Zaqreb, Xorvatiya)

23:00. "Zalsburq" (Avstriya) - "Bröndbü" (Danimarka)

Avropa Liqası

Pley-off mərhələsi, ilk oyun

23:00. "Srvena Zvezda" (Serbiya) - ÇFR (Rumıniya)

Qeyd edək ki, Çempionlar Liqasında bu mərhələnin digər matçları 18 avqustda, Avropa Liqasında isə 18-19 avqustda oynanılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO