\

\"Barselona\" tarixə düşən türk futbolçunu transfer edir

Hazırda oxunan: \"Barselona\" tarixə düşən türk futbolçunu transfer edir

32128

Lionel Messi ilə yollarını ayıran "Barselona" türk futbolçu transfer edir.

Bizim.Media xəbər verir ki, bu barədə "TRT Spor"un şərhçisi Barış Yurduseven məlumat yayıb. 

Onun sözlərinə görə, Kataloniya klubu Emre Demirin transferi üçün "Kayserispor"la prisipial anlaşma əldə edib. 

"Kayserispor"un prezidenti Berna Gözbaşı isə Emre Demirin satışı ilə bağlı bunları deyib:

"Gənc futbolçularımızın transferi ilə bağlı çox xəbərlər yayılır. Hazırda bir çox klubla danışıqlarımız davam edir. Amma hələ qəti bir şey yoxdu. Hər kəsi klubumuzdan veriləcək xəbərləri gözləməyə çağırıram".

Qeyd edək ki, Emre Demir 15 yaşında "Kayserispor"un forması ilə "Gənclərbirliyi"nin qapısına yol taparaq Super Liqa tarixinin qol vuran ən gənc futbolçusu kimi tarixə düşmüşdü.

Hazırda 17 yaşı olan yarımmüdafiəçi Super Liqa və Türkiyə kubokunda indiyədək oynadığı 31 matçda 3 qol vurub və bir məhsuldar ötürmə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO