"Neftçi” “Olimpiakos”la iştirak ərizəsini UEFA-ya təqdim etdi

Hazırda oxunan: "Neftçi” “Olimpiakos”la iştirak ərizəsini UEFA-ya təqdim etdi
29157
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakının "Neftçi” futbol klubu Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Yunanıstanın “Olimpiakos” komandasına qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Bizim.Media xəbər verir ki, siyahıda 24 futbolçu yer alıb.

Baş məşqçi Samir Abasovun sərəncamında 3 qapıçı, 6 müdafiəçi, 13 yarımmüdafiəçi və 2 hücumçu var.

Paytaxt klubunun yeni transferləri – Huqo Basto ilə Romen Bask da “Olimpiakos”la oyunlara sifariş olunub.

Heyətdə qapıçılar - Aqil Məmmədov, Kamran İbrahimov, Əlirza Müştəbəzadə, müdafiəçilər - Mamadu Mbodj, Huqo Basto, Voyislav Stankoviç, Romen Bask, Mert Çelik, Ömər Buludov, yarımmüdafiəçilər - Emin Mahmudov, Sezar Meza Kolli, Harramiz Suares, Fəhmin Muradbəyli, İsmayıl Zülfüqarlı, Yusuf Laval, Fərid Yusifli, Sabir Buqrin, Mamadu Kane, Vüsal Əsgərov, Asim Əlizadə, Emin Zamanov, Xəyal Nəcəfov, hücumçular - Namiq Ələsgərov və Mirabdulla Abbasov yer alıblar.

Qeyd edək ki, komandalar arasında ilk oyun iyulun 21-də Yunanıstanda keçiriləcək. Həmin oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Cavab görüşü isə iyulun 28-də Bakıda baş tutacaq. "Bakcell Arena"da keçiriləcək oyunun start fiti saat 21:00-da səslənəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO