“Tokio-2020”də bu geyimdən istifadə ediləcək - VİDEO

“Tokio-2020”də bu geyimdən istifadə ediləcək - VİDEO

Hazırda oxunan: “Tokio-2020”də bu geyimdən istifadə ediləcək - VİDEO
28489
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Tokio-2020” Yay Olimpiya Oyunlarında Azərbaycan komandasının istifadə edəcəyi idman geyiminin iyulun 13-də təqdimatı olub.

Bizim.Media xəbər verir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil olunan tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Akademiyanın rektoru Fuad Hacıyev, Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə “Tokio-2020” Yay Olimpiya Oyunlarından bəhs edən videoçarx yayımlanıb.

Ç.Hüseynzadə, İ.İsmayılov və F.Hacıyev mərasimdə çıxış edərək komandamızın Olimpiadaya tam hazır olduğunu bildiriblər. Çıxışlarda Azərbaycanın “Tokio-2020”yə qalib ölkə kimi qatıldığı, idmançılarımızın qələbə qazanacaqları təqdirdə “Zəfər günləri” tədbirinin təşkil olunacağı, yığmamızın ilk dəfə iştirak etdiyi Atlanta Yay Olimpiya Oyunlarının 25 illiyi münasibətilə filmin hazırlandığı da vurğulanıb.

Səfir C.Vada Yaponiyanın Olimpiya Oyunlarına tam hazır olduğunu deyib, Azərbaycanda idmanın inkişafından danışıb və milli komandamızın Olimpiadada uğurla çıxış edəcəyinə əminliyini bildirib.

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.

Sonda Azərbaycanın Olimpiya komandasının idman geyiminin təqdim olub. Azərbaycanın milli-mənəvi dəyərlərinə əsasən hazırlanan dəstdə milli ornament olan şəbəkədən istifadə edilib. Geyimi modellərlə yanaşı, komandamızın bayraqdarları cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova da təqdim ediblər.

Qeyd edək ki, Azərbaycan “Tokio-2020”də 44 idmançı ilə təmsil olunacaq.

Tokioda 2020-ci ilin yayında keçirilməli olan Yay Olimpiya və Paralimpiya oyunları koronavirus pandemiyası ilə əlaqədar cari ilə təxirə salınıb. Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-dək, Paralimpiya Oyunları isə avqustun 24-dən sentyabrın 5-dək keçiriləcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO